XİN rəsmisi: Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istərdi

XİN rəsmisi: Rusiya KTMT çərçivəsində Ermənistanla münasibətlərin dərinləşməsini istərdi

Rusiya Ermənistanla istənilən səviyyədə qarşılıqlı fəaliyyəti alqışlayır, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətləri dərinləşdirmək və normallaşdırmaq istərdi.

NUHÇIXAN xəbər verir ki, bunu "Şərq-Qərb qarşıdurması. Ukrayna ölçüsü. Gələcək ssenarilər" adlı elmi konfransda Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Rusiya və Ermənistan arasında inkişaf edən iqtisadi layihələri alqışlayırıq, ona görə də biz tərəfdən qapılar açıqdır", - o qeyd edib.

Ermənistanın Aİ-yə mümkün üzvlüyünə toxunan R.Miroşnik vurğulayıb ki, bu addımın onların maraqlarına uyğunluğunu və ölkənin üzvlük perspektivlərinin nə dərəcədə real olduğunu ölkə vətəndaşları qiymətləndirməlidir.

"Rusiya həmişə vurğulayıb: biz dövlətlərin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyilik. Bu müstəqil qərardır, lakin digər ölkələrin bir sıra oxşar hərəkətlərinə diqqət yetirin. Ukrayna çoxdan öz konstitusiyasına Avropa İttifaqına və NATO-ya üzv olmağı daxil edib. Bu prosesdə nə qədər irəliləyib?", - o vurğulayıb.

Xəbər lenti
Əxlaq keşikçiləri

11:59 05.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM