satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır.

Naxçıvan televiziyası yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ünvanladığı məktubda bildirilib.

"Rusiya-Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət koordinasiyasının yüksək səviyyəsini qoruyub saxlamağa, həm ikitərəfli xətt üzrə, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq", - S.Lavrov bildirib.

Ermənistan XİN başçısı Ararat Mirzoyanın cavab məktubunda isə qeyd olunub ki, beynəlxalq münasibətlərin dəyişən arxitekturasının müasir şəraitində tərəfdaşlığın qarşılıqlı fəaliyyətini davam etdirmək vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM