satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan fransalı həmkarı ilə Qafqazda sülhün təmin olunmasını müzakirə edib

Hakan Fidan fransalı həmkarı ilə Qafqazda sülhün təmin olunmasını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisə rəsmi səfəri çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə görüşüb.

Naxçıvan televiziyası-ın məlumatına görə, nazirlərin görüşü zamanı bir çox məsələlərlə yanaşı, Qafqazda sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə həmçinin ikitərəfli və regional məsələlər ətraflı müzakirə olunub. Avropanın yeni təhlükəsizlik sisteminin formalaşmasında Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunulub.

Türkiyə-Aİ münasibətlərindəki süni maneələrin aradan qaldırılması və Aİ-nin bu istiqamətdə konkret addımlar atması ilə əlaqədar Fransadan gözləntilər ifadə olunub.

Bundan başqa, H.Fidan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında Türkiyənin dəstəyi, Suriyanın yeni hakimiyyəti ilə əlaqənin genişləndirilməsi, PKK/YPG ilə mübarizənin vacibliyi, o cümlədən Suriyanın şimalındakı həbsxana və düşərgələrdə saxlanılan İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına mənsub əcnəbilərin öz ölkələrinə qaytarılmalarının vacibliyi məsələlərinə də toxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM