Moskvada Rusiya, Çin və İranın məsləhətləşmələrində tərəflər Tehranın nüvə sazişinin gələcəyi ilə bağlı öz mövqelərini koordinasiya edəcəklər.
Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko qeyd edib.
"Bu il oktyabrın 18-də BMT Təhlükəsizlik Şurasının hazırkı qətnaməsinin müddəti bitdikdən sonra baş verəcək müxtəlif variantlar və ssenarilər nəzərdən keçiriləcək. ABŞ-nin hazırda bu məsələni güc yolu ilə həll etmək siyasi xətti fonunda nüvə razılaşmasının gələcək taleyinə nəzər keçirmək lazım olacaq. Üç ölkə öz mövqeyini koordinasiya edir", - o, Moskvada jurnalistlərə bildirib.