satellite   Azerspace-1: 11135 H 30000

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens ABŞ və İran arasındakı münaqişənin sonsuz müharibəyə çevrilməyəcəyini bildirib.

NTV xəbər verir ki, Vens bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Biz artıq yeddi aydır ki, bu və ya digər şəkildə İranla münaqişədəyik. Söz verirəm ki, Prezident Donald Tramp bunun sonsuz müharibəyə çevrilməsinə imkan verməyəcək”, – deyə Vitse-prezident vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Sonrakı aylarda tərəflər arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə olunsa da, iyulun 8-də ABŞ İrana qarşı hücumları bərpa edib. Vaşinqton daha sonra genişmiqyaslı hərbi əməliyyatları dayandırdığını və Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirəcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM