satellite   Azerspace-1: 11135 H 30000

Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib

Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib

Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Temmi Bryus brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər səfirliklərin işinin bərpası və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətlərinə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcək. Rusiya Xarici İşlər Nazirliyi məsləhətləşmələrin dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM