Oleksandr Sırski: Vaşinqton Kiyevə yardımı azaldıb

Oleksandr Sırski: Vaşinqton Kiyevə yardımı azaldıb

ABŞ Ukraynaya daha az yardım etməyə başlayıb. Kiyev ilk növbədə Avropa ölkələrindən dəstək alır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Oleksandr Sırski deyib.

“Tərəfdaşların dəstəyi həlledici rol oynayır. Əsasən də ABŞ-ın bizə kömək edəcəyi təqdirdə. Hazırda Birləşmiş Ştatlardan göndərilən yardımlar azalıb. Kiyevə əsas yardımı Avropadakı tərəfdaşlarımız edir”, - deyə Oleksandr Sırski bildirib. Onun sözlərinə görə, ABŞ-ın yardımı tamamilə dayanacağı təqdirdə, Ukrayna öz gücünə güvənməli olacaq.

Bir müddət öncə, Ukrayna Prezidenti ofisi rəhbərinin müavini Pavlo Palisa Kiyevin hələ ki Vaşinqtonla yeni hərbi yardım paketləri barədə müzakirə aparmadığını bildirib. Onun fikrincə, ABŞ-ın dəstəyi olmadan Ukraynanın hərbi əməliyyatları davam etdirməsi çətin olacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 28-də Ağ evdə Ukraynanın dövlət başçısı ilə mübahisədən bir neçə gün sonra Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib. Martın 11-də prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts Vaşinqtonun təcili hərbi yardım mexanizmi çərçivəsində Kiyevə tədarükləri bərpa edəcəyini bildirib.

Kreml isə öz növbəsində dəfələrlə bəyan edib ki, Kiyevə silah tədarükü Moskvanın qətiyyətini azaltmayacaq və müharibənin gedişini dəyişməyəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM