Rusiya Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı Fransanın Sərhəd Xidməti tərəfindən saxlanılıb, onun kompüteri və telefonu müsadirə edilib.
Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, Fransa tərəfindən əməkdaşa vaxtında viza verilməyib.
"Həyata keçirilən demarşlar nəticəsində həmkarımızın ölkəyə girişinə icazə verilib, lakin o, bir gün hava limanının sərhəd zonasında qalmalı olub. Biz bunu cavabsız qoymaq niyyətində deyilik", - M.Zaxarova qeyd edib.
Moskva Parisdən izahat tələb edib, Fransa səfiri Rusiya XİN-ə çağırılıb.