satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: ABŞ-ın hərbi gəmiləri Panama kanalından rüsumsuz keçəcək

Pentaqon: ABŞ-ın hərbi gəmiləri Panama kanalından rüsumsuz keçəcək

Vaşinqton ABŞ-ın hərbi və dəstək gəmilərinin kanaldan pulsuz və rüsumsuz keçməsi üçün Panama hakimiyyəti ilə razılığa gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqsetdən sitat gətirən Panama mediası müvafiq bəndin birgə deklarasiyaya salındığını yazıb.

Panamalı jurnalistlər isə həmin mətnin ingilisdilli versiyaya uyğun gəldiyini, ispandilli versiyada isə kompensasiya mexanizmi barədə danışıldığını qeyd edirlər.

“ABŞ-ın döyüş gəmiləri kanaldan pulsuz keçməyəcək. Biz kanaldan istifadəyə görə kompensasiya alacağıq”, - deyə Panama kanalı işləri üzrə nazir Xose Ramon İkasa vurğulayıb.

Bu arada Panama Kanalı İdarəsinin məlumatına görə, 1998-ci ildən 2024-cü maliyyə ilinin sonunadək 373 min 39 gəmi kanaldan keçib ki, onlardan yalnız 994-ü (0,3 faiz) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olub.

Xatırladaq ki, yanvar ayında ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Panama hakimiyyətinin kanalı idarə edə bilmədiyini və Birləşmiş Ştatların ona nəzarəti bərpa edəcəyini deyib: “Ən önəmlisi odur ki, kanala Pekin nəzarət edir. Biz kanalı Çinə deyil, Panamaya vermişik və onu geri alacağıq”.

Dövlət başçısı, həmçinin Panama hakimiyyətini ABŞ gəmilərindən çox yüksək tranzit haqqı almaqda günahlandırıb. O, vəziyyəti dəyişməyəcəkləri təqdirdə Panama kanalını ABŞ-a qaytarmaqla hədələyib və bu məsələdə güc tətbiqini istisna etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM