Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı keçiriləcək.

Naxçıvan televiziyası Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə qərar bu gün hökumətin iclasında qəbul edilib.

Toplanışlar 15 aprel - 15 iyun tarixlərində keçiriləcək.

Əvvəlki kimi, təlim-məşq toplanışlarına ehtiyatda olan hərbçilərin hər bir qrupu 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.

Qeyd edək ki, ehtiyatda olan hərbçilərin təlim toplanışları il ərzində bir neçə dəfə elan edilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM