Tokayev payızda Rusiyaya dövlət səfəri edəcək

Tokayev payızda Rusiyaya dövlət səfəri edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ilin payızında Rusiyaya dövlət səfəri edəcək.

Naxçıvan televiziyası Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Sergey Lavrovla görüşündə bildirib.

"İl maraqlı və dinamik keçəcəyini vəd edir. Biz Kasım-Jomart Tokayevin payıza planlaşdırılan dövlət səfərinin hazırlanması üzrə ciddi iş aparırıq", - o qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM