Nigeriyada 30-a yaxın ştat su altında qala bilər

Nigeriyada 30-a yaxın ştat su altında qala bilər

Nigeriyada 30-a yaxın ştat 2025-ci ildə su altında qala bilər.

Naxçıvan televiziyası-ın "Vanguard" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ölkənin su ehtiyatları və kanalizasiya naziri Cozef Utsev deyib.

Onun sözlərinə görə, musson mövsümündə daşqınlar 33 ştatda 3400-dən çox icmaya təsir göstərə bilər. Risk altında Abuja, ən böyük metropolis Laqos, eləcə də Port-Harcourt, İbadan və Kano kimi böyük şəhərlər var.

Hakimiyyət orqanları 2024-cü ildə baş verən daşqınların acınacaqlı nəticələrini nəzərə alaraq su obyektlərinin vəziyyətinə və yağıntıların səviyyəsinə nəzarət etmək üçün proqram hazırlayıb.

Qeyd edək ki, ötən il Nigeriyada təbii fəlakət nəticəsində 321 nəfər ölüb, 2854 nəfər yaralanıb. Eyni zamanda 740 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Minlərlə hektar kənd təsərrüfatı bitkiləri məhv edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM