Tacikistanda növbəti zəlzələ baş verib

Tacikistanda növbəti zəlzələ baş verib

Tacikistanda növbəti dəfə 4,7 bal gücündə zəlzələ baş verib.

Naxçıvan Televiziyası xəbər verir ki, ilk zəlzələ yerli vaxtla səhər saat 05:45-də Rəşt şəhərindən 23 kilometr məsafədə qeydə alınıb. İkincisi isə yerli vaxtla saat 12:14-də baş verib.

Qeyd edək ki, aprelin 13-də Tacikistanda baş verən zəlzələ nəticəsində 29 ev və bir təhsil müəssisəsi dağılıb.

Ölkənin fövqəladə hallar komitəsinin məlumatına görə, zəlzələnin episentri mərkəzi Rəştdən 21 kilometr və Düşənbədən 160 kilometr şimal-şərqdə olub.

Yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Qazaxıstanın cənubunda hiss olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM