Kreml: Moskvada Əraqçinin Putinlə görüşü istisna edilmir

Kreml: Moskvada Əraqçinin Putinlə görüşü istisna edilmir

İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə Moskvaya səfər edəcək.

Naxçıvan televiziyası Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin onu qəbul edəcəyi təqdirdə məlumat veriləcək:

"Belə bir görüş baş tutacağı təqdirdə sizə məlumat verəcəyik. Lakin Abbas Əraqçi, doğrudan da, Moskvada olacaq", - o, jurnalistlərə deyib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM