Qırğızıstan Rusiyaya miqrantların kütləvi saxlanılması ilə bağlı nota təqdim edib

Qırğızıstan Rusiyaya miqrantların kütləvi saxlanılması ilə bağlı nota təqdim edib

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Vakunova miqrantların kütləvi saxlanılması və güc tədbirlərinin tətbiqi ilə əlaqədar nota təqdim edib.

Naxçıvan Televiziyası yerli KİV-lərə istinadən xəbər verir ki, aprelin 14-də Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev ilə Sergey Vakunov arasında görüş olub.

Görüş Moskvanın "Bodrost" hamam kompleksində aprelin 11-də qırğızların kütləvi saxlanılması ilə bağlı keçirilib.

"Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsasları, həmçinin vətəndaşlara qarşı güc tədbirlərinin tətbiqi barədə məlumat vermək xahişi ilə rəsmi nota təqdim edilib. Güc tətbiqinin əsassız olduğu təqdirdə, bu hadisə ilə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlər görülməsi tələb olunub”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Əməliyyatdan sonra Qırğızıstanın 24 vətəndaşı saxlanılıb, onlardan dördü Rusiyadan deportasiya ediləcək.

Xəbər lenti
Zərif insan ömrü

09:11 28.04.2025

27 aprelə ola hava proqnozu

14:45 27.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM