ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb

ABŞ Suriyada hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb

ABŞ Suriyada ən böyük "Koniko" qaz yatağının yaxınlığında yerləşən hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazır.

"ABŞ ordusu bir neçə gün əvvəl Deyr əz-Zor vilayətindəki "Koniko" yatağındakı bazadan öz qüvvələrinin çıxarılması üzrə əməliyyata başlayıb. Son vaxtlar hərbi bazadan qüvvələrin tam çıxarılması planı çərçivəsində iki karvan bazanı tərk edib", - məlumatda bildirilib.

CBS bu yaxınlarda xəbər vermişdi ki, Vaşinqton Suriyada hərbi mövcudluğunu azaltmağı və buna 2 min nəfərlik heyətin bir hissəsini çıxarmaqla nail olmağı planlaşdırır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM