Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb

Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb

Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb

Vatikan Papa Fransiskin ölümünün rəsmi səbəbini açıqlayıb

Papa Fransisk insult keçirib, komaya düşüb və ürəyi dayanıb.

NTV Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə 88 yaşlı pontifikin ölümü ilə bağlı rəsmi tibbi hesabatda deyilir.

"17 dekabr 1936-cı ildə Buenos-Ayresdə (Argentina) anadan olmuş, Vatikanın sakini və vətəndaşı olan Fransisk (Xorxe Mario Berqoglio) həzrətləri 21 aprel 2025-ci il tarixində səhər saat 7:35-də Santa-Martadakı mənzilində beyin insultundan vəfat edib. Onda ikitərəfli multimikrob sətəlcəm, çoxsaylı bronxoektaziya, yüksək qan təzyiqi ilə kəskin tənəffüs çatışmazlığı epizodu baş verib”, – məlumatda deyilir.

Həmçinin bildirilir ki, pontifik 2-ci tip diabetdən əziyyət çəkirmiş.

Vatikanın sözçüsü söyləyib ki, Papa Fransisk cümə və bazar günləri arasında dəfn edilə bilər: “Qaydalar cənazənin ölümdən sonra dördüncü və altıncı günlər arasında keçirilməsini nəzərdə tutur”.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM