Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib

Pakistan – Hindistan sərhədində yenidən atışma baş verib

 NTV “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistan quru qoşunları bildirib.

“29-30 aprel 2025-ci il gecəsi Pakistan ordusunun postları Cəmmu və Kəşmir ittifaq ərazisindəki Nauşera, Sunderbani və Ahnur sektorları qarşısında nəzarət xətti boyunca atıcı silahlardan atəş açıblar. Hindistan ordusu qüvvələri tez və mütənasib şəkildə cavab veriblər”, – bəyanatda deyilir.

Atəşkəs rejiminin pozulması Hindistan – Pakistan sərhədində bir həftə ərzində 26 nəfərin həlak olduğu Cəmmu və Kəşmirdə baş vermiş terror aktından sonra Nyu-Deli və İslamabad arasında münasibətlərin gərginləşməsi fonunda qeydə alınır.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM