satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın xarici dövlət borcu artaraq 13 milyard 581 milyon dollar olub

Ermənistanın xarici dövlət borcu artaraq 13 milyard 581 milyon dollar olub

Ermənistanın xarici dövlət borcu artmaqda davam edir. Cari il martın 31-nə olan məlumata görə, Ermənistanın xarici dövlət borcu 5 trilyon 318 milyard dram təşkil edib. Bu da 2024-cü ilin sonuna olan göstəricidən 4,4 faiz çoxdur.

NTV xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın maliyyə naziri Vaqa Ovenesyan deyib.

Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu ABŞ dolları ilə ifadədə 13 milyard 581 milyon dollar təşkil edib ki, bu da keçən ilki göstəricidən 5,8 faiz çoxdur.

Xarici dövlət borcunun artmasında dövlət büdcəsinin kəsirinin bağlanmasına və digər sahələrə ayrılan vəsaitin artırılması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM