satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb

Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb

ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb.

NTV-nin  məlumatına görə, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb. Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib.

Sahil Mühafizəsinin gəmiləri və helikopterləri itkin düşənləri axtarır. Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar. Bildirilir ki, aşmış qayıq əsasən balıq ovu üçün nəzərdə tutulub, lakin adətən qaçaqmalçılar və miqrant daşınması üçün istifadə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM