İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb - FOTOLAR

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb<font color=red> - FOTOLAR</font>

9 May – Faşizm üzərində Qələbənin 80-ci ildönümündə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi İsveçrədəki səfirliyimiz tərəfindən Bazeldə kütləvi qəbiristanlıqda, Nadir Əliyev və Rəhim Əliyevin məzarları başında yad edilib.

NTV  xəbər verir ki, Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov avropalıları nasizm və faşizmdən xilas etmiş minlərlə azərbaycanlılardan ikisinin - Bazel kütləvi qəbiristanlığında dəfn edilmiş Nadir Əliyev və Rəhim Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub. Soydaşlarımızın əziz xatirəsi ehtiramla yad edilib. Bu ənənənin davam etdiriləcəyi qeyd olunub.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan əvəzsiz rol oynayıb. Azərbaycan neftinin faşizm üzərində qələbədə böyük əhəmiyyəti olub. Həmin müharibə illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr idi.

Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərib.

Azərbaycan ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941–1945-ci illərdə Azərbaycanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM