İraqda Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

İraqda Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın İraqdakı səfirliyində Yaxın Şərq ölkəsinin beyin mərkəzləri başçılarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş dəyirmi masa baş tutub.

NTV  xəbər verir ki, bu barədə Azərbaycanın Bağdaddakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“10 may 2025-ci il tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində İraqın aparıcı beyin mərkəzləri rəhbərlərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM