satellite   Azerspace-1: 11135 H 30000

Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir

Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir

ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatlara son qoymaq istəyən koalisiya planını dəstəkləyib.

NTV xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.

Mayın 10-da Ukrayna prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tuskun Kiyevdə keçirilən görüşündə münaqişənin həlli ilə bağlı təkliflər müzakirə edilib.

Qeyd olunub ki, üç saat davam edən danışıqlarda Emmanuel Makron Donald Trampa zəng edərək görüşün gedişatı ilə bağlı məlumatlandırmaq qərarına gəlib. ABŞ prezidenti Vaşinqtonda hələ səhər saat 7 olmasına baxmayaraq, zəngə cavab verib və Avropanın təkliflərini dəstəkləməyə razılaşıb.

Kiyevdəki danışıqlardan sonra Ukrayna hakimiyyəti mayın 12-dən başlayaraq ən azı 30 gün atəşkəsə hazır olduqlarını bəyan edib.Avropa ölkələri və ABŞ xəbərdarlıq edib ki, Moskva atəşkəsi pozarsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM