satellite   Azerspace-1: 11135 H 30000

Finlandiyada iki helikopterin toqquşması nəticəsində beş nəfər ölüb

Finlandiyada iki helikopterin toqquşması nəticəsində beş nəfər ölüb

Finladiyanın qərbində, Eura aerodromu yaxınlığında Estoniyanın paytaxtı Tallindən havaya qalxan iki helikopterin toqquşması nəticəsində beş nəfər həlak olub.

NTV Estoniyanın dövlət televiziyası ERR-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

"Robinson R44 Raven" yüngül model iki helikopterin göyərtəsində ümumilikdə beş nəfər olub – biri iki, digəri isə üç nəfəri daşıyırmış. Polis əməkdaşları həlak olan şəxslərin kimliyini müəyyən etmək üzərində işləyir.

Estoniya Xarici İşlər Nazirliyinin konsulluq yardım şöbəsinin direktoru Margus Sarglep ERR-ə verdiyi açıqlamada bildirib ki, ilkin məlumatlara görə, toqquşma nəticəsində sağ qalan olmayıb.

Finlandiya Müdafiə Nazirliyi isə daha əvvəl vurğulayıb ki, hava məkanında baş verən bu toqquşmanın ölkənin hərbi obyektləri və texnikası ilə heç bir əlaqəsi yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM