satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Mərmərə bölgəsində yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə zəlzələ olub.

NTV xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.

İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir.

Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və ölkənin digər əlaqədar qurumlarının bütün heyətlərinin dərhal sahə araşdırmasına başladıqlarını bildirib.

Qeyd edək ki, son bir neçə gün ərzində mərkəzi Bursa olmaqla Türkiyədə bir neçə yeraltı təkan baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM