satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə qəzaya uğrayan təyyarədə pilot ölüb, sərnişin sağ qalıb

Türkiyədə qəzaya uğrayan təyyarədə pilot ölüb, sərnişin sağ qalıb

Türkiyənin Ərzurum və Rize şəhərləri arasındakı ərazidə yüngül mühərrikli təyyarə qəzasında pilot Mehmet Demirci həlak olub.

NTV "TRT Haber"ə istinadən xəbər verir ki, xilasedicilər itkin hesab olunan iki nəfəri tapıblar.

Rize valisi İhsan Selim Baydaşın sözlərinə görə, pilot ölüb, sərnişin isə sağ qalıb.

O qeyd edib ki, qəza yerli vaxtla dünən saat 18:18 radələrində olsa da, təyyarə səhər saat 06:24 radələrində tapılıb.

02.07.2025 / 22:27

Türkiyədə təyyarə qəzası olub.

Bu barədə NTV yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.

Əraziyə jandarm, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.

Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM