satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb

Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycanın xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.

NTV xəbər verir ki, belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.

Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər yaşanır.

Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") "Report"a Rusiya ərazisində agentliyin xəbərlərinə girişin məhdudlaşdırılması ilə bağlı heç bir xəbərdarlıq göndərməyib.

Beləliklə, Rusiya tərəfi www.report.az saytına girişi xəbərdarlıq etmədən məhdudlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM