satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb

ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb

ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 24 nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.

Qubernator Qreq Abbott bir neçə əyalətdə fövqəladə vəziyyət elan edib və itkin düşmüşlər siyahısında olan hər kəsin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarının fasiləsiz aparılacağını bildirib. ABŞ Sahil Mühafizəsi sakinlərin təxliyyəsinə kömək edir.

01:49

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqınlar nəticəsində azı 13 nəfər ölüb.

NTV xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Bundan əlavə, Texasdakı yay düşərgəsindən azı 20 qız itkin düşüb. NYT-nin məlumatına görə, hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM