satellite   Azerspace-1: 11135 H 30000

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub

Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

 NTV-nin məlumatına görə, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra bəlli olub.

İsrailin "Hapoel" (Beer-Şeva) klubu Belçikada "Yunion"a dörd cavabsız topla uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.

Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.

UEFA reytinqində İngiltərə (106.463) birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah" komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubuna uduzub - 1:2.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

10:37 23.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM