satellite   Azerspace-1: 11135 H 30000

Vyetnamda baş verən yanğında 8 nəfər həlak olub

Vyetnamda baş verən yanğında 8 nəfər həlak olub

Bazar günü axşam saatlarında Vyetnamın cənubundakı Hoşimin şəhərində yaşayış kompleksində baş verən yanğın nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib.

NTV xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Yanğının axşam saat 22 radələrində yaşayış kompleksinin birinci mərtəbəsində baş verdiyi bildirilir. Alov sürətlə yayılıb və sakinlərin təşviş içində binanı tərk etməsi xaotik evakuasiyaya səbəb olub.

Yanğın nəticəsində bir çox nəqliyyat vasitələri – avtomobillər, motosiklet və velosipedlər tamamilə yanıb.

Vyetnam Milli Statistika İdarəsinin məlumatına görə, bu ilin birinci yarısında ölkə üzrə ümumilikdə 1723 yanğın və partlayış baş verib, nəticədə 48 nəfər ölüb, 75 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM