satellite   Azerspace-1: 11135 H 30000

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Rusiya İstintaq Komitəsi sabiq nəqliyyat naziri Roman Starovoytun ölümünü təsdiqləyib

Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində ölü tapılıb.

NTV-nin məlumatına görə, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Starovoytun meyiti Odintsovo şəhər dairəsinin ərazisində şəxsi avtomobilində aşkar edilib. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları zəruri tədbirlər həyata keçirir, hadisənin bütün halları araşdırılır. Başlıca versiya kimi intihar ehtimalı nəzərdən keçirilir.

Roman Starovoyt iyulun 7-də Rusiya Prezidentinin sərəncamı ilə istefaya göndərilmişdi. O, 2024-cü ilin may ayından etibarən Nəqliyyat Nazirliyinə rəhbərlik edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM