satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ-ın Texas ştatının altı dairəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə CNN telekanalı hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Ağ ev bir gün əvvəl 91 nəfərin öldüyünü bildirmişdi.

Daşqınlardan daha çox ştatın Hill qraflığının Kerr dairəsi ziyan çəkib. Burada fəlakət nəticəsində ölənlərin sayı 84 nəfər olub.

Hazırda xilasedicilər onlarla itkin düşmüş şəxsin axtarışlarını davam etdirir. Axtarışlara 1700-dən çox şəxsi heyət və 1000-ə yaxın texnika cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM