satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb

ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb

ABŞ-nin Şimali Karolina ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki azyaşlı uşaq daxil olmaqla dörd nəfərdən ibarət ailə həlak olub.

NTV "ABC News”ə istinadən xəbər verir ki, hadisə Sanford-Roli hava limanı yaxınlığında baş verib.

Məlumata görə, dörd sərnişindən üçü hadisə yerində ölüb. Biri xəstəxanaya çatdırılıb, lakin həkimlər onun ölümünü təsdiqləyiblər.

Qəzanın səbəbləri ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi üzrə Şura tərəfindən araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM