satellite   Azerspace-1: 11135 H 30000

Serbiyada meşə yanğınları zamanı 6 nəfər xəsarət alıb

Serbiyada meşə yanğınları zamanı 6 nəfər xəsarət alıb

Serbiyanın bir neçə regionunda meşə yanğınları ilə mübarizə aparılır.

NTV  bu ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkə ərazisində açıq ərazilərdə ümumilikdə 620 yanğın qeydə alınıb. Yanğınlar zamanı iki yanğınsöndürən və dörd mülki şəxs xəsarət alıb.

Ölkənin Kurşumliya və Borda bölgələrində fövqəladə vəziyyət yaranıb. Qərbi Serbiyanın Kraquyevaç və Niş regionlarındakı bəzi yerlərə elektrik enerjisinin verilişi dayanıb.

Yanğınsöndürmə və xilasetmə qüvvələri, o cümlədən helikopter bölmələri, eləcə də ordu yanğınsöndürmə işlərinə cəlb olunub. Yüksək temperatur və güclü külək isə yanğınların qarşısının alınmasını çətinləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM