Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
NTV-nin məlumatına görə, müvafiq fərmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıb.
Rusiya lideri digər fərmanla Boqdanovu prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edib.
