satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının energetika sistemində günəş enerjisini payı 22 faizi ötüb

Avropa İttifaqının energetika sistemində günəş enerjisini payı 22 faizi ötüb

Avropa İttifaqında günəş enerjisi ilk dəfə nüvə və külək enerjisini qabaqlayaraq ən böyük elektrik mənbəyinə çevrilib.

NTV xəbər verir ki, enerji sahəsi üzrə “Ember” analitik mərkəzinin məlumatına görə, ötən ay Avropa İttifaqında elektrik enerjisinin 22,1 faizi günəş panelləri vasitəsilə əldə olunub. Bir il öncə isə bu göstərici 18,9 faiz idi. Rekord səviyyədə günəş aktivliyi və günəş panellərinin sayının artırılması sayəsində elektrik enerjisi istehsalı saatda 45,4 teravat səviyyəsinə çatıb.

Günəş enerjisinin rekord göstəriciləri iyunun sonunda Avropa qitəsini əhatə edən anomal istiliyinin yaratdığı artan elektrik tələbatının öhdəsindən gəlməyə imkan verib.

Qeyd edək ki, bu göstəriciyə görə günəş enerjisini nüvə enerjisi (21,8 faiz) və külək enerjisi (15,8 faiz) izləyir. Eyni zamanda, enerji istehsalında kömürün payı rekord səviyyədə aşağı düşüb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM