satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, Ərdoğan "X"də etdiyi paylaşımında "Terrorsuz Türkiyə" adı ilə qarşıya qoyulan hədəfə gedən yolda atılan bugünkü mühüm addımın xeyirlərə vəsilə olmasını diləyib.

"Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin", - Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM