satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır

Ərdoğan: Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır

Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına və birliyin qazanacağına inanır.

NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Türkiyə qardaşlığın qazanmasına nail oldu:

“Hər kəs bilsin ki, torpaqlarımızda artıq yumruq sıxmağa ehtiyac qalmayıb. Problem olduqda bu, müzakirə yolu ilə həll ediləcək. Terrorun bitməsi ilə Türkiyə əvvəlkindən daha güclü və təhlükəsiz olacaq. Təbii sərvətlərimizi terrorla mübarizə üçün yox, dövlətimizin inkişafı üçün sərf edəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM