satellite   Azerspace-1: 11135 H 30000

Media: Pxenyan ilə Pekin arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunur

Media: Pxenyan ilə Pekin arasında sərnişin qatarlarının fəaliyyəti bərpa olunur

Şimali Koreya ilə Çin 5 illik fasilədən sonra gələn aydan Pxenyan-Pekin sərnişin qatarlarının fəaliyyətini bərpa etmək barədə razılığa gəlib.

NTV xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziya kanalı bir neçə mənbəyə istinadla məlumat yayıb.

Qeyd olunur ki, 2020-ci ilin yanvarında COVID-19 böhranı səbəbindən dayanan qatar səfərlərinin bərpası üçün hazırda yekun danışıqlar aparılır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü NHK-nin mövzu ilə bağlı sualına cavab verərkən məsələdən xəbərsiz olduğunu, bu barədə müvafiq qurumlara müraciət olunmasını tövsiyə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM