satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada zəlzələ olub

İtaliyada zəlzələ olub

İtaliyanın Avellino və Benevento əyalətləri arasında 3,5 bal gücündə zəlzələ baş verib.

NTV  xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri Bonito şəhərindən 3 kilometr aralıda - İrpiniyada olan yeraltı təkan 17 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin episentrinə ən yaxın digər bələdiyyələr Avellino bölgəsindəki Melito İrpino, Qrotaminarda, Mirabella Eklano və Fontanarosa, Benevento bölgəsindəki Apis şəhərləri olub. Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Xatırladaq ki, bölgədə 1980-ci ildə güclü zəlzələ baş verib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM