satellite   Azerspace-1: 11135 H 30000

Misirdə parlamentin yuxarı palatasına seçkilər keçirilir

Misirdə parlamentin yuxarı palatasına seçkilər keçirilir

Misirlilər Senaya keçiriləcək səsvermədə 428 namizədə səs vermək üçün bazar ertəsi və çərşənbə axşamı günü ölkə üzrə seçki məntəqələrinə gedirlər.

NTV “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misir Prezidentinin sözçünün “Facebook” səhifəsində yayımlanan bəyanatına görə, Prezident Əbdülfəttah əs-Sisi də bazar ertəsi səhər Qahirənin bir rayonunda səs verib.

Nazirlər Kabinetinin bəyanatına görə, Baş nazir Mustafa Madbuli də səs verib.

Milli Seçki Qurumunun (NEA) bildirdiyinə görə, səhər saat 9-dan axşam saat 9-a kimi seçici hüququ olan seçicilər Misirin bütün qubernatorluqları üzrə 8286 seçki məntəqəsində səs verəcəklər.

Misirdə səsvermə hüququna malik olanların sayı 68 milyon nəfərdir.

Seçki prosesinə bütün ölkə üzrə dövlət orqanları və İnzibati Prokurorluqdan 9500 hakim nəzarət edir. Diqqətəlayiq haldır ki, bu hakimlərin 2500-ü qadındır ki, bu da zərif cinsin nümayəndələrinin seçkilərə məhkəmə nəzarətində iştirakı baxımından irəliyə doğru atılan mühüm addımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM