satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Xorvatiya vasitəsilə Macarıstana ilk xam neft partiyası ixrac edib

Qazaxıstan Xorvatiya vasitəsilə Macarıstana ilk xam neft partiyası ixrac edib

“KazMunayQaz” Milli Şirkəti (KMG) Səhmdar Cəmiyyəti və “MOL Group” (Macarıstan) arasında əməkdaşlığın strateji genişləndirilməsi çərçivəsində Macarıstanın neft emalı zavoduna 85 min ton həcmində Qazaxıstan neftinin ilk tədarükü həyata keçirilib.

NTV  “KazMunayQaz” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Novorossiysk limanından Xorvatiyanın Omisal limanına qədər dəniz daşımalarını “Kazmortransflot” (KMQ-nin törəmə müəssisəsi) öz “Alatau” tankeri ilə təmin edib.

Limandan son təyinat məntəqəsi olan Macarıstandakı “Sazxalombatta” neft emalı zavoduna qədər sonrakı daşımalar Xorvatiyanın “Jadranski naftovod (JANAF)” şirkəti tərəfindən idarə olunan Adriatik neft kəməri vasitəsilə həyata keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM