satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda tibb mərkəzindən pul terminalı oğurlanıb

Ermənistanda tibb mərkəzindən pul terminalı oğurlanıb

Ermənistanda iki nəfər Spitak tibb mərkəzinin (Lori vilayəti) binasından ödəniş terminalını oğurlayıb.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Hadisə iyunun 21-də baş verib. İki naməlum şəxs tibb müəssisəsinə daxil olaraq içində 447 700 dram (təxminən 1,1 min dollar) olan terminalı götürüb və sakitcə binanı tərk edib. Növbətçi tibb bacısı onları dayandırmağa çalışsa da, bu, nəticə verməyib.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Şübhəlilərdən biri həbs edilib, digəri isə axtarışa verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM