satellite   Azerspace-1: 11135 H 30000

Britaniya qeyri-qanuni miqrantların Fransaya geri göndərilməsinə başlayır

 Britaniya qeyri-qanuni miqrantların Fransaya geri göndərilməsinə başlayır

Böyük Britaniya ilə Fransa arasında əldə olunan yeni razılaşmaya əsasən, yaxın günlərdə kiçik qayıqlarla ölkəyə daxil olan bəzi miqrantların Fransaya geri qaytarılmasına başlanacaq.

NTV “Reuters”ə istinadla xəbər verir ki, yeni sazişə əsasən, Fransa Böyük Britaniyaya kiçik qayıqlarla gələn sənədsiz şəxsləri geri qəbul etməyə razılıq verib. Əvəzində isə Britaniya ölkədə ailə əlaqələri olan qanuni sığınacaq axtaran müəyyən sayda şəxsi qəbul edəcək.

2025-ci il ərzində indiyədək 25 mindən çox miqrant kiçik qayıqlarla Britaniyaya gəlib. Baş nazir Kir Starmer insan alveri ilə məşğul olan cinayətkar dəstələri məhv edəcəyinə söz verib və qeyri-qanuni miqrasiyanın qarşısını almağı əsas prioritetlərindən biri elan edib.

Qeyd edək ki, ötən il seçkilərdə inamlı qələbə qazanan K.Starmerin reytinqi son aylarda aşağı düşüb. Onun miqrasiya məsələsində daha sərt tədbirlər görməsi üçün Reform UK partiyasının lideri Naycel Faraj tərəfindən ictimai təzyiqlər artırılır. Hazırda N.Farajın partiyası ölkədə keçirilən ictimai rəy sorğularında üstünlük əldə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM