satellite   Azerspace-1: 11135 H 30000

Polşa səfiri İsrail XİN-ə çağırılıb

Polşa səfiri İsrail XİN-ə çağırılıb

Polşanın Təl-Əvivdəki səfiri Matsey Hunya Baş nazir Donald Tuskun və Xarici İşlər Nazirliyinin (XİN) Qəzza sektoru ilə bağlı bəyanatları ilə əlaqədar İsrail XİN-ə çağırılıb.

NTV xəbər verir ki, bu barədə İsrail xarici siyasət idarəsinin rəsmi bəyanatına istinadən yerli KİV-lər məlumat yayıb.

İsrailin XİN başçısı Gideon Saarın göstərişi ilə Polşa səfirinə siyasi-strateji idarənin rəhbəri tərəfindən rəsmi demarş elan edib.

"İsrail bu ittihamları qətiyyətlə rədd edir. Ölkə Polşanın tarixi təhrif edən və Holokost qurbanlarının xatirəsinə hörmətsizlik edən ifadələrdən çəkinəcəyini gözləyir", - nazirlikdən bildirilib.

Qurumdan vurğulanıb ki, dövlət İsraili məhv etmək və vətəndaşlarını kütləvi şəkildə öldürmək məqsədi daşıyan terror təşkilatına qarşı mübarizə aparır.

"İsrail beynəlxalq humanitar hüquqa uyğun olaraq fəaliyyət göstərir və Qəzzaya humanitar yardımın çatdırılması üçün səylərini əhəmiyyətli dərəcədə artırıb. İsrail HƏMAS-ın təbliğatına deyil, faktlara əsaslanan konstruktiv dialoqa ümid edir", - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM