satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada 50 illik fasilədən sonra raket buraxılışı həyata keçiriləcək

Böyük Britaniyada 50 illik fasilədən sonra raket buraxılışı həyata keçiriləcək

Böyük Britaniyada son 50 il ərzində ilk dəfə olaraq raket buraxılışı baş tutacaq.

NTV “Telegraph”a istinadla xəbər verir ki, bu ölkədə yerləşən “Skyrora” şirkəti Şotlandiyanın Şetland adasında yerləşən Saxavord kosmodromundan 16 vertikal buraxılış həyata keçirmək üçün ilk dəfə rəsmi lisenziya alıb. Bu, Böyük Britaniyada 1970-ci illərdə həyata keçirilmiş “Black Arrow” proqramından sonra ilk vertikal raket buraxılışı olacaq.

Şirkət gələcəkdə peykləri orbitə çıxarmaq üçün daha böyük raket hazırlamağı da planlaşdırır. Böyük Britaniyanın aviasiya və kosmos naziri Mayk Keyn bu hadisəni ölkənin kosmos sənayesində mühüm mərhələ adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM