satellite   Azerspace-1: 11135 H 30000

KİV: Rusiya Trampa güzəşt olaraq “hava atəşkəsi” ilə razılaşa bilər

KİV: Rusiya Trampa güzəşt olaraq “hava atəşkəsi” ilə razılaşa bilər

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək cəhdləri ilə bağlı ona güzəştlərin bir neçə variantını nəzərdən keçirir.

NTV xəbər verir ki, bu barədə “Bloomberg” Rusiyadakı adı açıqlanmayan mənbələrdən məlumat yayıb.

Onların məlumatına görə, Rusiya hakimiyyəti Trampa sülh yolu ilə mümkün güzəştləri diqqəti ABŞ-nin ikinci dərəcəli sanksiyaları təhlükəsindən yayındırmaq cəhdi kimi qiymətləndirir.

"Mümkün təkliflərdən biri deeskalasiya jesti kimi pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə hava zərbələrinin dayandırılması ola bilər - bir şərtlə ki, Ukrayna da sazişi imzalasın", - agentlik mənbələrdən birinə istinadən yazır.

“Bloomberg”in mənbələri hesab edir ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Moskvaya elan edilmiş səfəri uğur şansları cüzi olsa belə, Trampla razılaşma üçün son şans verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM