satellite   Azerspace-1: 11135 H 30000

Fransada min hektarlarla ərazini yanğın bürüyüb, ölən və xəsarət alanlar var

Fransada min hektarlarla ərazini yanğın bürüyüb, ölən və xəsarət alanlar var

Fransanın cənubundakı Od departamentinin ərazisində baş verən meşə yanğını fəsadlar törədib.

NTV xəbər verir ki, Korbyer massivində başlayan yanğın 11 min hektardan çox ərazini əhatə edib. Yanğın zamanı azı 9 nəfər xəsarət alıb, 1 qadın həyatını itirib, 1 nəfər isə itkin düşmüş hesab olunur. Ərazidə bir neçə ev yanıb. Yanğının baş verdiyi bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər ərazidən təxliyə olunublar.

Bildirildiyinə görə, 1 500 yanğınsöndürən yanğınla mübarizə aparır. Lakin güclü külək səbəbindən yanğını nəzarət altına almaq çətinləşib. Yanğın Fransa ilə İspaniyanı birləşdirən “A9” avtomagistralına çatıb və bu səbəbdən yol hər iki istiqamətdə bağlanıb.

Qeyd edək ki, iyul ayında Od departamentində 2 min hektar sahədə yanğın qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM