satellite   Azerspace-1: 11135 H 30000

Kremldə Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilib

Kremldə Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilib

Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.

NTV xəbər verir ki, söhbət üç saata yaxın davam edib. S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib. Onu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM