satellite   Azerspace-1: 11135 H 30000

Qanada iki nazir helikopter qəzasında ölüb

Qanada iki nazir helikopter qəzasında ölüb

Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.

NTV xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.

Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.

Başqa bir məlumatda isə qəzada prezidentin müşaviri Samuel Sarponq də daxil olmaqla ümumilikdə səkkiz nəfərin öldüyü bildirilir.

Məlumata görə, əlverişsiz hava şəraiti axtarış- xilasetmə işlərini çətinləşdirib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM